Azvision.az xəbər verir ki, bu gün Türkiyə mətbuatında artıq yanğın törədənlərdən birinin həbs edildiyi barədə məlumat yayılıb.
"Son xəbərə görə, yanğınlarla bağlı saxlanılmış iki şəxsdən biri artıq tutulub. Onlar Mersinin Yenişehir ərazisində yolda otlardan ibarət tonqal qalayaraq yanğın törətdiyi üçün nəzarət altına alınmışdı. Mersin prokurorluğundan verilən məlumata görə, 31 iyul tarixində Yenişehirdəki D-400 magistral yolunda yanğın törədilməsi hadisəsi ilə əlaqədar istintaq başladılıb. K.Ş. həbs edilib, B.K. isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb",-məqalədə bildirilir.
Xatırladaq ki, dünən Antalyanın Manavqat rayonunda yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılmışdı. Polis tərəfindən yaxalanan şübhəli vətəndaş bölmədə dindirilib. O, yanğın törətmədiyini iddia etsə də, polisin sübutları qarşısında etiraz edə bilməyib. Törətdiyi əmələ uyğun olaraq C. Y. "qəsdən meşə yandırmaq" ittihamı ilə həbs edilib.
Tural Tağıyev
Azvision.az