Avtomobildən 22 min manat oğurlandı

Avtomobildən 22 min manat oğurlandı
  04 Avqust 2021    Oxunub:1562
Saatlı rayonunda avtomobildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən xəbərə görə, Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 2-nə keçən gecə şəhər ərazisində “QAZ-29” markalı bir avtomobildən 21330 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilib.

Keçirilən əməliyyatla şəhər sakini, əvvəllər məhkum olunmuş C.Allahverdiyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti