Keçmiş məhkum "patı" ilə tutulub

Keçmiş məhkum "patı" ilə tutulub
  02 Avqust 2021    Oxunub:752
Sumqayıt sakini Biləsuvarda "patı" və heroinlə tutulub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş M.Səfərov tanışı E.Qurbanovun idarə etdiyi avtomobildə saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Keçirilən baxış zamanı M.Səfərovun üzərindən 51 qramdan artıq heroin və 40 qrama yaxın metamfetamin aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Narkotik  





Xəbər lenti