İçkili ata oğlunun evini yandırıb

İçkili ata oğlunun evini yandırıb
  01 Avqust 2021    Oxunub:1081
Sumqayıtda ata oğlu və gəlininin yaşadığı evi yandırıb. Hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Azvision.az xəbər verir ki, məişət zəminində düşən mübahisə zamanı 63 yaşlı Ağabaxış Abdiyev oğlu Nizami Abdiyev və gəlini Aygül Abdiyevanın yaşadığı həyət evini yandırıb. Əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğın söndürülüb. Hadisə nəticəsində evin çox hissəsi yanaraq yararsız hala düşüb. Ailə qonşulara sığınıb. Ağabaxış Abdıyev oğlunun onu evdən qovduğunu deyərək əməlinə haqq qazandırmağa çalışıb.

Hadisədən sonra mənzildə qalanların izahatları alınıb. Ağabaxış Abdıyevin spirtli içki aludəçisi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, ev artıq son iki ildə ikinci dəfədir yandırılır.

Azvision.az


Teqlər: Yanğın  





Xəbər lenti