Masallıda avtoxuliqan saxlanıldı

  30 İyul 2021    Oxunub :454
Masallıda avtoxuliqan saxlanıldı
Masallıda gecə saatlarında avtoxuliqanlıq edən şəxs həbs edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə gecə saatlarında şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin sürücünün Neftçala rayon sakini Səxavət Kərimov olduğu müəyyən edilib. Tanışına məxsus “Vaz 2115” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

Səxavət Kərimov sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.


Azvision.az



Teqlər: MAsallı  







Xəbər lenti