Baş Prokurorluq vətəndaşlara müraciət etdi - VİDEO

Baş Prokurorluq vətəndaşlara müraciət etdi -    VİDEO
  30 İyul 2021    Oxunub:1376
COVID-19 pandemiyasının yayılmasının və onun mümkün fəsadlarının qarşısının alınması məqsədilə ölkə miqyasında çoxşaxəli tədbirlər həyata keçirilir.
Bu barədə Azvision.az -a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib: "Təəssüflər olsun ki, yaranmış həssas vəziyyətdən öz şəxsi maraqları naminə istifadə edilməsi hallarına rast gəlinir. Vətəndaşların hüquqlarını pozan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində prokurorluq orqanları tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək koronavirus əleyhinə peyvənd vurulması, COVID-19 testinin nəticələri ilə bağlı vətəndaşlara saxta sənəd verilməsi halları ilə üzləşdikdə “961” nömrəli “Çağrı Mərkəzi”, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir", - Mətbuat xidmətindən bildirilib.



Azvision.az


Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti