Naftalan şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən şəhər sakinləri, Azər Həsənov, əvvəllər məhkum olunmuş Müşfiq Əsgərov və Ramin Zeynalov şəhər ərazisində saxlanılıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Onların üzərində şəxsi axtarış keçirilən narkotik vasitə olan “metamfetamin” aşkar edilərək götürülüb.Faktla bağlı araşdırmalar davam edir.