Bir gündə 76 yanğın olub, 12 nəfər xilas edilib

Bir gündə 76 yanğın olub, 12 nəfər xilas edilib
  14 İyun 2021    Oxunub:764
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Azvision.az -ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 76 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla 12 nəfər, o cümlədən Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub, 1 nəfərin isə meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən süni göldə batan 2006-cı il təvəllüdlü Novruzov Elşən İmdad oğlunun meyiti və Vəlvələçay-Taxtakörpü kanalında aşkarlanan naməlum kişi meyiti dalğıc-axtarış qrupu tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsindən keçən hissəsində 2 nəfərin batması ilə əlaqədar dalğıc-axtarış qrupu axtarış işlərini davam etdirir.

Azvision.az


Teqlər:





Xəbər lenti