21 yaşlı gənc tanışını qətlə yetirdi

  14 İyun 2021    Oxunub :496
   21 yaşlı gənc tanışını qətlə yetirdi
İyunun 13-ü saat 23 radələrində 1998-ci il təvəllüdlü Murtuz Murtuzovun bıçaqlanaraq xəsarət alması ilə əlaqədar xəstəxanaya aparılarkən yolda ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Nizami rayon prokurorluğundan Azvision.az -a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 2000-ci il təvəllüdlü Məhəmməd Məhəmmədlinin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Murtuz Murtuzova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Məhəmməd Məhəmmədli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azvision.az

Teqlər: Bakı   Qətl  






Xəbər lenti