Bakıda kişini oğurlayıb arvadından pul tələb etdilər

 Bakıda kişini oğurlayıb arvadından pul tələb etdilər
  12 İyun 2021    Oxunub:1743
Abşeron Rayon Polis İdarəsinə müraciət edən Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində əri Qədirin evdən getməsini, saat 20 radələrində ona zəng edərkən telefona cavab verən naməlum şəxsin ərinin 3 700 manat pul borcunun olmasını və pulu qaytarmayana kimi onu buraxmayacaqlarını deməsini bildirib.
DİN-dən Azvision.az -a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla Xırdalan şəhər sakini M. Məmmədovun, Gəncə şəhər sakini E. Şirinzadənin və digər bir nəfərin Qədiri zorla avtomobilə mindirib, Xətai rayonu ərazisindəki mənzillərdən birinə apararaq orada döymələri, habelə həyat yoldaşına zəng edərək 5000 manat pul tələb etmələri müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən E. Şirinzadə və M. Məmmədov saxlanılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az





Teqlər: DİN  





Xəbər lenti