Laçında düşmənin diversiya qrupunun üzvü saxlanıldı - VİDEO

Bildirilib ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib.
Diversantın saxlanıldığı ərazinin koordinatları: X8610021, Y4387428.
İlkin araşdırmalara görə, düşmənin kəşfiyyat-diversiya qrupunun tapşırığı ərazilərimizin minalanması olub. Hazırda qrupun saxlanılan üzvü haqqında məlumatlar dəqiqləşdirilir.
Azvision.az
Teqlər: Laçın Müdafiə-Nazirliyi Diversiya