Metyu Brayza: `Ərəb baharı`nın davamı olmayacaq` - EKSKLÜZİV
Bu sözləri AzVision.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
- Rusiya tərəfindən ABŞ-ın diqqətinin yayındırılması məni məyus etdi. Prezident Barak Obama qərar verdi ki, o, Suriyaya qoşunların göndərilməsi üçün çox da güclü deyil və sonradan ABŞ-ın bütün diqqətinin B.Əsədin ölkədə qan tökməsinin qarşısını almasına yönəltdi. O, silahlara nəzarət sazişinin icra olunmasına çalışmaq niyyətində idi, amma bu, insanların ölümünü dayandırmadı,- deyə Brayza qeyd edib.
`Ərəb baharının növbəti qurban kim ola bilər?` sualına cavab verən Brayza deyib ki, növbəti “Ərəb baharı” hərəkatını gözləmir: `Ümid edirəm ki, Tunis dünyəvi ölkə kimi stabilləşməyə davam edəcək. Liviya ümidsiz görünür. Misirdə hadisələr mənim gözlədiyi kimi, zəifləyib: `Müsəlman Qardaşlar`ın demokratiya ilə bağlı “Bir adam, bir səs... bir dəfə” yanaşması yaxşıdır, yəni onların məqsədi seçilmək və Misiri dünyəvi ölkədən İslam dövlətinəə çevirməkdir`.
Əlibəy Dağıstanlı
AzVision.az üçün
Teqlər: