Azvision.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2020-ci il üçün dövlət büdcəsinin icrası ilə bağlı aparılan müzakirələrdə deyib.
Nazir bildirib ki, ötən il mövcud şəraitlə əlaqədar olaraq dövlət və icma büdcələrinin dürüstləşdirilməsi zərurətə çevrilib.
"2020-ci il dövlət büdcəsinin xərclərinin 27492,2 milyon manat proqnoza qarşı 26416,3 milyon manat icra edilib ki, bu da 1990,4 milyon manat (8,1 faiz) çoxdur. 2020-ci ildə iqtisadiyyatda 72,4 milyard manat dəyərində və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz az ÜDM istehsal edilib. Pandemiyanın təsirləri nəticəsində iqtisadiyyatın bir çox sahələrində, o cümlədən, qeyri-neft sektoru üzrə əlavə dəyər istehsalı 2,6 faiz, neft sektorunda isə 7,0 faiz geriləmə qeydə alınsa da, kənd təsərrüfatı üzrə 1,9 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 4,6 faiz, informasiya-rabitə sektoru üzrə 0,6 faiz, sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı üzrə 12,5 faiz artım müşahidə olunub".
Azvision.az