"Ötən il ölkə iqtisadiyyatı iki ağır şokla üzləşib" - Nazir
Nazir bildirib ki, qeyd olunan proseslər ölkə iqtisadiyyatına mənfi təsir göstərməklə ÜDM-nin azalmasına təsir göstərib.
"Ötən il bütün dünya ölkələri üçün ağır bir il oldu. Dövlət tərəfindən pandemiyanın yaratdığı yeni çağırışlara çevik reaksiya verildi. Prezident İlham Əliyevin tapşırığı ilə pandemiyanın sosial-iqtisadi təsirlərinin qarşısını almaq üçün dərhal proqramlar hazırlanıb icrasına başlanıldı. Bununla da görülmüş tədbirlər nəticəsində bütün sosial öhdəliklər vaxtında yerinə yetirildi, eyni zamanda pandemiyanın ölkə iqtisadiyyatına təsirinin minimuma endirilməsinə nail olundu”.
Azvision.az