Paşinyan Əsədə məktub göndərib: “Dialoqa hazırıq!”

  17 Aprel 2021    Oxunub : 860
Paşinyan Əsədə məktub göndərib:  “Dialoqa hazırıq!”
Ermənistanın baş naziri Nikol Paşinyan Suriya prezidenti Bəşər Əsədə bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu göndərib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Paşinyan iki xalq arasındakı yaxın təmasları və dostluq münasibətlərini qeyd edərək, bunun Ermənistan və Suriya əlaqələrinin inkişafı üçün real zəmin yaratdığını vurğulayıb.

O, həmçinin əlavə edib ki, Ermənistan humanitar problemlərin həllinə töhfə verməyə və Suriya ilə dialoqu dərinləşdirməyə hazırdır.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: NikolPaşinyan