Ərdoğan NATO Baş katibi ilə Ukrayna böhranını müzakirə edib

Ərdoğan NATO Baş katibi ilə Ukrayna böhranını müzakirə edib
  16 Aprel 2021    Oxunub:3366
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı Egey, Şərqi Aralıq dənizlərində, Liviya və Əfqanıstanda son vəziyyət, regional məsələlər, habelə Rusiya-Ukrayna böhranı müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin konstruktiv addımları və israrlı çağırışları sayəsində bu gün Egey və Şərqi Aralıq dənizlərində sabitliyin hökm sürdüyünü bildirib. Liviyanın yeni hökumətinə müdafiə və təhlükəsizlik sahələrində dəstək verilməsinin zəruriliyini diqqətə çatdıran Ərdoğan imzaladığı müqavilələr çərçivəsində Türkiyənin bu istiqamətdə töhfə verdiyini qeyd edib.

Bundan əlavə, Türkiyə Prezidenti NATO-nun imkanlarından faydalanaraq Əfqanıstana dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Azvision.az


Teqlər: Ərdoğan   NATO  





Xəbər lenti