Bu gündən 4 şəhər və bir rayonda məktəblər bağlandı

   Bu gündən 4 şəhər və bir rayonda məktəblər bağlandı
  05 Aprel 2021    Oxunub:2655
Bu gündən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində əyani tədris dayandırılıb.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi qərar qəbul edib.

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılıb. Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulub. Digər şəhər və rayonlarda tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə "Dərs vaxtı" teledərslərini izləmək tövsiyə olunur.

Azvision.az


Teqlər: Məktəb   Tədris  





Xəbər lenti