“Növbəti tədris ilindən ənənəvi təhsilə qayıda bilərik”

 “Növbəti tədris ilindən ənənəvi təhsilə qayıda bilərik”
  03 Aprel 2021    Oxunub:3685
Növbəti tədris ilindən əvvəlki ənənəvi tədrisə qayıda bilərik. Lakin bu, cəmiyyətin vaksinasiyası ilə mümkündür.
Azvision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” üzərindən tədrisin təşkilinə dair verilmiş qərarla əlaqədar ictimaiyyəti və medianı maraqlandıran sualları cavablandırarkən deyib.

“İnsanlarımıza, xüsusilə yaşlı şəxslərə vaksin vurulması xəstəliyə yoluxmamağa və ağırlaşmamalara səbəb olur. Artıq 600 mindən çox şəxs vaksin vurulub. Heç nə olmayıbsa, deməli, vaksin təhlükəsizdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Təhsil   Məktəb   Nazir  





Xəbər lenti