Rusiyada koronavirusdan ölənlərin sayı 87 mini ötüb

  03 Mart 2021    Oxunub : 1194
Rusiyada koronavirusdan ölənlərin sayı 87 mini ötüb
Rusiyada son sutka ərzində koronavirusa 10 535 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 278 750 nəfərə çatıb.

Rusiyada son bir gündə 452 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 87 348 nəfərdir. İndiyədək 3 853 734 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Koronavirus