Paşinyan Armen Sarkisyanla görüşdü

Paşinyan Armen Sarkisyanla görüşdü
  01 Mart 2021    Oxunub:2677
Ermənistan prezidenti Armen Sarkisyan baş nazir Nikol Paşinyanla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Sarkisyanın səhhətindəki problemləri nəzərə alaraq, Paşinyan onun evinə gedib.

Məlumata görə, Sarkisyan və Paşinyan ölkədəki daxili siyasi vəziyyəti müzakirə ediblər.

Bundan əlavə, mətbuat xidməti Paşinyanın prezidentə Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı fərman imzalamasına görə təzyiq göstərməyə çalışması barədə xəbərləri təkzib edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti