İlham Əliyev status məsələsinə birdəfəlik aydınlıq gətirdi - VİDEO

   İlham Əliyev status məsələsinə birdəfəlik aydınlıq gətirdi -    VİDEO
  27 Fevral 2021    Oxunub:8455
“Status məsələsi haqda mən artıq demişəm. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsi başa çatıb”
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.



Dövlət başçısı bildirib: "O ki qaldı, statusa, mən öz çıxışlarımda statusun ünvanını göstərdim. Bir daha o məsələyə qayıtmaq istəmirəm. Status haradadır, onu hər kəs bilir. Hesab edirəm ki, Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Çünki Ermənistana və erməni xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu günə salan səbəblərdən biri də məhz o idi. Xülya idi, iddia idi, əsassız istəklər idi. Bu istəklərə rəvac verən bəzi xarici ölkələrin siyasətçiləri də erməni xalqının bu rəzil duruma salınmasında öz rolunu oynadılar. Ona görə status məsələsi, ümumiyyətlə, gündəlikdən çıxmalıdır".

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti