Messi Ronaldonu geridə qoydu

  21 Fevral 2021    Oxunub : 1618
Messi Ronaldonu geridə qoydu
"Barselona" klubunun kapitanı Lionel Messi portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun rekordunu qırıb.
Azvision.az xəbər verir ki, 33 yaşlı hücumçu buna La Liqanın 24-ci turunda "Kadis"lə heç-heçə (1:1) etdikləri görüşdə imza atıb. Belə ki, Messi 32-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bununla Messinin çempionatda karyerası ərzində penaltidən vurduğu qolların sayı 73-ə çatıb. Beləliklə, argentinalı oyunçu hazırda "Yuventus"da çıxış edən Kriştiano Ronaldonun rekordunu geridə qoyub.

Qeyd edək ki, Ronaldo "Real Madrid"in forması ilə keçirdiyi oyunlarda 72 dəfə penaltidən fərqlənib.

Azvision.az

Teqlər: Messi   Ronaldo