Gəncədə maşın oğrusu saxlanıldı

  28 Yanvar 2021    Oxunub : 1886
Gəncədə maşın oğrusu saxlanıldı
Kəpəz Rayon Polsi İdarəsinə müraciət edən Gəncə şəhər sakini O.Sadıqov yanvarın 26-da “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cabbarov qeyd edilən avtomobili idarə edərkən DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Onun sərxoş vəziyyətdə olması müəyyən edilmiş və avtomobil duracağa yerləşdirilmişdir.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: Gəncə   Maşın   Oğurluq