Daha bir yol kəsişməsində işıqfor quraşdırıldı

  28 Yanvar 2021    Oxunub : 2179
Daha bir yol kəsişməsində işıqfor quraşdırıldı
Bakı Nəqliyyat Agentliyi tərəfindən yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılması məqsədilə Yeni Ramana yolu ilə Samir Əliyev küçəsinin kəsişməsində işıqfor obyektləri və müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.
Azvision.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, bununla da növbəli hərəkət təmin edilərək yol-nəqliyyat hadisələrinin başvermə riski minimuma endirilib, ətrafda 2 tam orta məktəbin, 1 uşaq baxçasının yerləşməsi nəzərə alınaraq, bütün istiqamətlər üzrə təşkil edilən nizamlanan eyni səviyyəli piyada keçidləri sayəsində piyadaların rahatlığı və təhlükəsizliyi təmin edilib.

Azvision.az

Teqlər: BNA   İşıqfor