Ova cəhd edən şəxs cəzalandırıldı

  28 Yanvar 2021    Oxunub : 1640
Ova cəhd edən şəxs cəzalandırıldı
Şahdağ Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın İsmayıllı bölməsinin Talıstan meşəbəyliyi ərazisində ova cəhd edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova Azvision.az -a bildirib ki, araşdırma zamanı brakonyerin İsmayıllı rayon sakini Habil Abasov olduğu müəyyənləşib.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Azvision.az

Teqlər: Qanunsuz   Ov