Erməni təcavüzü nəticəsində şəhid olan musiqi müəllimi - FOTO

  25 Yanvar 2021    Oxunub : 795
Erməni təcavüzü nəticəsində şəhid olan musiqi müəllimi -    FOTO
Tərtər rayon Uşaq Musiqi Məktəbinin müəllimi Vətən müharibəsi zamanı düşmən hücumunun qurbanı olub.
Bu barədə Azvision.az -a Mədəniyyət Nazirliyindən bildiriblər.

Ötən ilin 27 sentyabr-10 noyabr tarixləri Azərbaycan xalqının şan və şərəf salnaməsinə Vətən müharibəsi kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, yenilməz siyasi iradəsi, Azərbaycan Ordusunun rəşadəti, əsgər və zabitlərimizin döyüş meydanında şücaəti sayəsində bu müharibə tarixi zəfərlə başa çatdı. 30 ilə yaxın həsrətində olduğumuz yurd yerlərimiz yağı düşməndən azad olundu, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi.

28 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin dinc əhalini atəşə tutması nəticəsində Mehman Sovet oğlu Əliyev şəhid olub.

Mehman Əliyev 4 sentyabr 1977-ci il tarixində Tərtər rayonunda anadan olub. 1991-ci ildə Tərtər rayon Uşaq Musiqi Məktəbini, 1996-cı ildə Ü.Hacıbəyli adına Ağdam Musiqi Texnikomunu qarmon ixtisasları üzrə bitirib. Tərtər rayon Uşaq Musiqi Məktəbində müəllim kimi çalışıb. 1 oğul və 2 qız övladı var idi.

Allah rəhmət eləsin!



Azvision.az

Teqlər: Şəhid   Müəllim