Energetika Nazirliyi ötən il 227 icazə verib

Energetika Nazirliyi ötən il 227 icazə verib
  15 Yanvar 2021    Oxunub:1511
2020-ci ilin IV rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 62 icazə verilib.
Nazirlikdən Azvision.az -a bildirilib ki, bunlardan 60-ı ixrac nəzarətinə düşən malların idxalı, 2-si isə tranziti ilə bağlı olub. Hesabat dövründə 58 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Ümumilikdə 2020-ci il ərzində Energetika Nazirliyi tərəfindən 227 icazə verilib ki, bunların 214-nü idxal, 7-sini ixrac, 6-sını isə tranzitlə bağlı icazələr təşkil edib. Bu dövrdə 182 icazənin verilməsi 5 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən 3 növ icazənin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilir. Buraya ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Azvision.az


Teqlər: EnergetikaNazirliyi  





Xəbər lenti