“Şahdəniz”dən hasilat artacaq
Ötən il bu göstəricilər müvafiq olaraq 18,4 milyard kubmetr və 29,2 milyon barrel olub.
Bununla yanaşı, 2021-ci ildə “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində SOCAR-a və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən “Şahdəniz” layihəsi üzrə 4,5 milyon ABŞ dolları və ya 7 milyon 650 min manat məbləğində bonus ödənişlərinin edilməsi proqnozlaşdırılır.
Qeyd edək ki, indiyədək “Şahdəniz”dən 130 milyard kubmetr təbii qaz və 31 milyon ton kondensat əldə edilib. Mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir. “Şahdəniz”də iştirak payları belədir: BP (operator) 28,8 faiz, “AzŞD” 10 faiz, “SGC Upstream” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.
Azvision.az
Teqlər: Şahdəniz