Yanacaq bazarının dövriyyəsi 300 milyon manatadək artacaq
İ.Şaban hesab edir ki, ölkəyə idxal edilən avtomobillərin sayının tənzimlənməsi məqsədilə yanacağın qiyməti artırılıb.
"2013-cü ildə benzin və dizel, 2017-ci ildə isə benzin yenidən bahalaşdı. Əvvəllər ölkəyə 100 mindən çox avtomobil idxal edilirdisə, artıq sonrakı dövrlərdə 25 minə düşmüşdü. Cari ildə də artım müşahidə edilir. Bu il ölkəyə idxal ediləcək avtomobillərin sayı 50 mini keçəcək".
Ekspertin fikrincə, qiymətlərin artması həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşmasına təsiri, neft emalı sənayesinin rekonstruksiyası və modernləşməsi işlərinin davam etməsi ilə əsaslandırılıb.
Dizel yanacağının ətraf mühitə təsirinin azaldılması məsələsinə gəldikdə isə, İ.Şaban bildirib ki, dizel yanacağından istifadə edən nəqliyyat vasitələri üçün əlavə vergilər tətbiq etmək lazımdır.
Azvision.az
Teqlər: Benzin Dizel Qiymət Artım