BNA: Gediş haqqının artırılması gündəmdə deyil

 BNA: Gediş haqqının artırılması gündəmdə deyil
  05 Yanvar 2021    Oxunub:2394
Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət edilməyib.
Bu barədə Azvision.az -a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. O bildirib ki, bu məsələ hazırda gündəmdə deyil.

"Hazırda sərnişindaşıma istiqaməti üzrə əsas diqqət vətəndaşlara göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılmasına, onların rahatlığının təmin edilməsinə yönəldilib", - deyə qurum rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Avtobus   Gedişhaqqı   Qiymət  





Xəbər lenti