Benzin və dizel neçəyədir? - Bəzi ölkələrdə qiymətlər

  Benzin və dizel neçəyədir?  - Bəzi ölkələrdə qiymətlər
  05 Yanvar 2021    Oxunub:9721
Yanvarın 5-dən etibarən Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiyməti artırılıb.

Tarif (qiymət) Şurasının qərarına əsasən, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Azvision.az xəbər verir ki, Azərbaycanda tarif dəyişikliyindən sonra da benzin və dizel yanacağının qiyməti bir çox ölkələrlə müqayisədə aşağıdır.

Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:

-Rusiyada 1,0 manat;
-Ukraynada 1,72 manat;
-Belarusda 1,14 manat;
-Gürcüstanda 1,12 manat təşkil edir.

1 litr üçün dizel yanacağının qiyməti;

-Türkiyədə 1,44 manat;
-Rusiyada 1,12 manat;
-Ukraynada 1,72 manat;
-Belarusda 1,21 manat;
-Ermənistanda 1,19 manat;
-Gürcüstanda 1,15 manat səviyyəsindədir;
-Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir;
-Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.

Azvision.az


Teqlər: Benzin  





Xəbər lenti