Elektrik enerjisinin ixracı azalıb

Elektrik enerjisinin ixracı azalıb
  30 Dekabr 2020    Oxunub:1369
Bu ilin yanvar-noyabr aylarında ölkədən 1 milyard 256,4 milyon kilovat/saat elektrik enerjisi ixrac edilib.
Azvision.az Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına istinadən xəbər verir ki, ixrac edilən elektrik enerjisinin dəyəri 56,7 milyon ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin 11 ayında Azərbaycandan 1 milyard 742,7 milyon kilovat/saat elektrik enerjisi ixrac olunmuş, həmin ixracın dəyəri isə 76 milyon 34 min dollar təşkil etmişdi.

Azvision.az


Teqlər: Enerji  





Xəbər lenti