Nazir deputatların ona hansı təkliflər verdiyini açıqladı

Nazir deputatların ona hansı təkliflər verdiyini açıqladı
  29 Dekabr 2020    Oxunub:1157
“Hamımızın böyük şərəflə yaşadığı tarixi zəfərdən sonra Milli Məclisə təqdim edilmiş dövlət büdcəsi parlamentin bütün komitələrində və plenar iclaslarda müzakirə edilib. Büdcə layihəsinə deputatlar öz məmnunluqlarını, həmçinin təklif və tövsiyələrini bildirib. Zaman kəsiyinin az olmasına baxmayaraq, aparılan müzakirələr məzmunlu olub".
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, parlamentdə aparılan müzakirələr bütün reallıqları özündə əks etdirib.

“Bəzi cari məsələlərlə bağlı səslənən təkliflər istisna olmaqla, millət vəkilləri tərəfindən səsləndirilən təkliflər aşağıdakılardır:

İşğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması ilə əlaqədar infrastrukturun qurulması, məşğulluğun təmin olunması istiqamətində bu istiqamətə ayrılan vəsaitin artırılması, bu sahəyə yerli sahibkarların və xaricdə yaşayan azərbaycanlıların da cəlb edilməsi, vahid mərkəzdə birləşdirilməsi.

Digər istiqamət müdafiə gücünün artırılması istiqamətində xərclərin, üçüncü istiqamət isə sosialyönümlü xərclərin artırılmasıdır.

Prezident İlham Əliyevin tapşırığı ilə hazırda işğaldan azad olunmuş ərazilərdəki infrastrukturlara və orada yaşayan əhaliyə dəymiş ziyanın hesablanması və digər mühüm məqamların aydınlaşdırılması üçün beynəlxalq ekspertlərin də cəlb edilməsi ilə xüsusi proqram layihəsinin başa çatması üzərində işlər aparılır.

Bütün bunlar başa çatdıqdan sonra maliyyə mənbələri və kənardan resurs cəlb edilməsi halları müəyyən ediləcək. Prezidentin tapşırığı ilə artıq bir sıra beynəlxalq maliyyə institutları ilə məsləhətləşmələr aparılır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Milli-Məclis   Büdcə  





Xəbər lenti