2021-ci il üçün pul siyasətinin son hədəfi açıqlandı

 2021-ci il üçün pul siyasətinin son hədəfi açıqlandı
  29 Dekabr 2020    Oxunub:1772
2021-ci ildə pul siyasətinin son hədəfi inflyasiyanın 4±2% dəhlizində idarə olunması təşkil ediləcək.
Azvision.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilib.

Bildirilib ki, əvvəlki illərdə olduğu kimi növbəti ilə də hədəf istehlak qiymətləri indeksinin son 12 ayda dəyişimi olacaq.

İnflyasiya hədəfinə nail olmaq üçün pul siyasətinin aralıq hədəfləri olaraq məzənnə, pul təklifi və faiz dərəcələrindən qərarların transmissiya xüsusiyyətləri nəzərə alınmaqla istifadə ediləcək.

Azvision.az


Teqlər: Mərkəzi-Bank   İnflyasiya  





Xəbər lenti