Gələn il neftə tələbat artacaq - Nikbin proqnoz
"Bununla yanaşı, artıq bir barel neftin qiyməti 50 dollardan baha satılır. Neft bazarında volatilliyin yüksək olmasına rəğmən investorlar 2021-ci ilə nikbin baxırlar. Əvvəlla, gələn il qlobal vaksinasiya ilə bağlı gözləntilər və növbəti ilin ortalarına doğru pandemiyanın səngiyəcəyi ilə bağlı ümidlər neft bazarına canlanma gətirə bilər. Bu, bir sıra sektorlarda xüsusən də nəqliyyat sferasında neftə tələbatı artıra bilər. İkincisi, OPEK + gələn ildə də hasilatla bağlı konservativ siyasətini davam etdirmək niyyətindir. Bu, o deməkdir ki, gələn il bazara çıxarılacaq neftin həcminin kəskin artacağı hələlik planlaşdırılmır".
Deputatın fikrincə, təklifin yüksələcəyi halda bu neft bazarında qiymət artımlarına səbəb olacaq.
"Üçüncüsü, ABŞ gələn il böyük həcmli iqtisadi dəstək paketini reallaşdırmağı qərara alıb. Oxşar paketlər Avropa Birliyində də gözlənilir. Bu isə real sektorda canlanmaya səbəb ola və neftə tələbi artıra bilər. Nəhayət, gələn il ticarət savaşlarının yumşalacağı gözlənilir ki, bu da qlobal iqtisadiyyat üçün yeni stimul verə bilər".
Bütövlükdə, neft hasilatçıları bu ildən fərqli olaraq 2021-ci ilə daha nikbin baxırlar. Gələn il qlobal və milli səviyyələrdə iqtisadi aktivliyin daha yüksək olacağı gözləniləndir", - deyə V.Bayramov vurğulayıb.
Azvision.az