Fransada yenidən karantin rejimi tətbiq oluna bilər

Fransada yenidən karantin rejimi tətbiq oluna bilər
  28 Dekabr 2020    Oxunub:1045
Fransada koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə ikinci dəfə karantin rejiminin tətbiq edilməsi gözlənilir.
Azvision.az xəbər verir ki, bu barədə “ Le Journal du Dimanche” nəşri Səhiyyə naziri Olivye Verana istinadən məlumat yayıb.

Nazir əhalinin pandemiyadan qorunması üçün qərar veriləcəyini qeyd edib.

“Səhiyyə Nazirliyi vəziyyətin inkişafını hər saat izləyir. Səhiyyə sistemi ağır yük daşımaqda davam edir. Çünki gün ərzində 15 min nəfərin infeksiyaya yoluxması təsdiq edilir. Baxmayaraq ki bu rəqəmin 11 min nəfərə endirilməsi planlaşdırılırdı”, - deyə nazir Fransada koronavirusla bağlı vəziyyətin ağır olduğunu etiraf edib.

Azvision.az


Teqlər: Fransa   Koronavirus   Pandemiya  





Xəbər lenti