57 milyondan çox insan koronavirusdan sağalıb - Dünyada son vəziyyət

   57 milyondan çox insan koronavirusdan sağalıb -  Dünyada son vəziyyət
  28 Dekabr 2020    Oxunub:1795
Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artmaqda davam edir
Azvision.az "Worldometers" saytına istinadən xəbər verir ki, dünya üzrə yoluxma sayı 80 milyon 926 min 261, pandemiya qurbanlarının sayı isə 1 milyon 768 min 844 nəfər çatıb.

İndiyədək 57 milyon 115 min 781 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən sutka ərzində 434 779 nəfər infeksiyaya yoluxub, 7393 pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. COVID-19 virusu 216 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti