Terrorçular Pakistanın 7 əsgərini öldürdü

Terrorçular Pakistanın 7 əsgərini öldürdü
  28 Dekabr 2020    Oxunub:1191
Pakistanın cənub-qərbindəki Belucistan əyalətində hərbiləşdirilmiş sərhəd korpusu postuna terrorçular hücum edib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, şənbə günü baş vermiş hadisə nəticəsində yeddi hərbçi qətlə yetirilib.

İntensiv atışmadan sonra terror hücumunun qarşısı alınıb.

Pakistan hərbçiləri ərazini mühasirəyə alaraq qaçan terrorçuları ələ keçirmək üçün yolları bağlayıblar. Axtarış əməliyyatları davam etdirilir.

Azvision.az


Teqlər: Pakistan   Terror  





Xəbər lenti