Ölümcül virus bu ölkədə tüğyan edir

Ölümcül virus bu ölkədə tüğyan edir
  27 Dekabr 2020    Oxunub:1526
Hindistanda son sutka ərzində 18 732 nəfər koronavirus infeksiyasına yoluxub, daha 1092 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 10 187 850 nəfərə çatıb. İndiyədək 147 622 pasiyent pandemiyanın qurbanı olub, 9 761 538 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti