Mərkəzi Bankdan “qara bazar” açıqlaması

 Mərkəzi Bankdan “qara bazar” açıqlaması
  26 Dekabr 2020    Oxunub:1497
Mərkəzi Bank (AMB) ölkədəKİ “qara bazar” ilə əlaqədar açıqlama yayıb.
Azvision.az -ın məlumatına görə, AMB valyuta satışı üzrə “qara bazar”ın fəaliyyət göstərməsi ilə bağlı ictimaiyyətdə yayılan yanlış fikirlərə cavab olaraq bildirib ki, Bank qanunvericiliklə nəzərdə tutulmuş qaydada valyuta mübadiləsi fəaliyyəti üzrə lisenziyaya malik olan banklar və valyuta mübadiləsi məntəqələri üzərində nəzarəti həyata keçirir.

“Müvafiq lisenziya olmadan valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi qanunvericiliyin tələblərinə ziddir və bu fəaliyyətin qarşısının alınması səlahiyyətli orqanlar tərəfindən təmin edilir”, - deyə açıqlamada qeyd olunub.

Azvision.az


Teqlər: Mərkəzi-Bank   Qara-bazar  





Xəbər lenti