Göyçayın Baş planı: Əhali sayı 34% artacaq

Göyçayın Baş planı:  Əhali sayı 34% artacaq
  26 Dekabr 2020    Oxunub:1890
Göyçay şəhərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Baş planı Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Azvision.az -a verilən məlumata görə, Göyçay şəhərinin Baş planı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il fevralın 27-də 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Komitənin cəlb etdiyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb.

Göyçay şəhərinin sonuncu Baş planı 1976-cı ildə tərtib olunmuş və hesabat dövrü 20 il müddəti əhatə edirdi. Təsdiq olunmuş yeni Baş plan istinad ili 2015-ci il olmaqla 2035-ci ilə qədər olan dövrü əhatə edir.

Bu sənəddə şəhərin planlı qaydada inkişafı nəzərdə tutulur və hesabat müddətinin sonuna şəhər əhalisinin 34% artaraq 49 min nəfərə çatması proqnozlaşdırılır. Həmçinin baş planda şəhər əhalisinin yaşayış (mənzil) fondu ilə təminatı istinad ilində adambaşına 18,1 m2-dan hesabat müddətinin sonuna 25 m2-ə çatdırılması nəzərdə tutulur.

Baş planda nəzərdə tutulan dövr üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınmış, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub. Şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınıb.

Azvision.az


Teqlər: Göyçay   Baş-plan  





Xəbər lenti