Balıq ovu qaydalarını pozan 130 nəfər saxlanılıb

Balıq ovu qaydalarını pozan 130 nəfər saxlanılıb
  25 Dekabr 2020    Oxunub:1467
Bu il ərzində 130-a yaxın şəxs balıq ovu qaydalarını pozduğu üçün saxlanılıb.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekolojin Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, bu dövrdə qanunsuz balıq ovu ilə məşğul olanlardan 64 500 metr sintetik tor götürülərək məhv edilib:

"Bununla bağlı 100 min manatdan çox iddia cərimə tipli sanksiyalar tətbiq edilib. İşlərin bəziləri cinayət əsaslı olduğu üçün hüquq mühafizə orqanlarına göndərilib. Bu işlər davam edəcək".

Azvision.az


Teqlər: Balıq-ovu   Cərimə  





Xəbər lenti