İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılacaq

İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri artırılacaq
  25 Dekabr 2020    Oxunub:1369
Gələn ilin dövlət büdcəsində İşsizlikdən Sığorta Fondunun gəlir və xərcləri bərabər olaraq 157 milyon 769 min 146 manat nəzərdə tutulur.
Azvision.az -ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirə edilən “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Bu da cari ilin proqnozu ilə müqayisədə 6,6 milyon manat və ya 4,3 faiz çoxdur. Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.

Azvision.az


Teqlər: Sığorta   Büdcə  





Xəbər lenti