Banklara əmanət və kredit qoyuluşu ilə bağlı statistika

Banklara əmanət və kredit qoyuluşu ilə bağlı statistika
  25 Dekabr 2020    Oxunub:1209
Bu il dekabrın 1-nə Azərbaycan banklarına əmanət qoyuluşu 7 908,2 milyon manat təşkil edib.
Azvision.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 0,5% çoxdur. Banklara əmanət qoyuluşu ilin əvvəlinə nisbətən 8,4%, son 1 ildə isə 18,9% azalıb.

Eyni zamanda, Azərbaycan banklarının kredit qoyuluşu 14 304,7 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 0,7% azdır. Bankların kredit qoyuluşu ilin əvvəlinə nisbətən 4%, son 1 ildə isə 3% azalıb.

Azvision.az


Teqlər: Bank   Kredit  





Xəbər lenti