Sahibkarlara daha 7,4 milyon manat yardım edilib

 Sahibkarlara daha 7,4 milyon manat yardım edilib
  24 Dekabr 2020    Oxunub:2221
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul etdiyi qərara əsasən, 3-cü mərhələ çərçivəsində 8 657 muzdlu işçini əhatə edən 1 776 vergi ödəyicisinə maliyyə dəstəyi göstərib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, sahibkarlara ümumilikdə 1,447 milyon manat ödənilib.

Bundan başqa, Nazirlər Kabinetinin fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul etdiyi qərara əsasən, 3-cü mərhələ çərçivəsində 12 982 fərdi (mikro) sahibkara 5,992 milyon manat maliyyə dəstəyi göstərilib.

Beləliklə, sahibkarlara ümumi ödənişin məbləği 7,439 milyon manat təşkil edib.

Azvision.az


Teqlər: Yardım   Maliyyə  





Xəbər lenti