Komitə sədri büdcəni dəyərləndirdi
"2021-ci ildə isə neftin qiymətinin 15 faiz artacağı proqnozlaşdırılır və bu, dövlət büdcəsində neftin qiymətinin 40 dollar götürülməsini məqbul edir. 2020-ci ildə azalmalarla yanaşı, müsbət irəliləyişlər də var. Bu, kənd təsərrüfatı, rabitə və digər sahələrilə bağlıdır. 2020-ci ilin dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 58 faiz, qeyri-neft sektorunun payı isə 42 faiz olub.
10 il əvvəl büdcədə qeyri-neft sektorunun payı cəmi 26 faiz olub. İndi bu rəqəm 46 faizə qədər artıb. Bütün bunlar Azərbaycan iqtisadiyyatında baş verən islahatların nəticəsidir”.
Komitə sədri bildirib ki, artıq qarşımızda işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi, infrastrukturun qurulması kimi çağırışlar var: “2020-ci ildə Azərbaycan 3 cəbhədə mübarizə aparıb. Pandemiya, qlobal böhran, işğalçı Ermənistan. Dövlətin dəstəyi nəticəsində pandemiyanın təsirləri azalıb. İqtisadiyyatımızın Prezidentin diqqət mərkəzində olması iqtisadiyyatı kəskin şoklardan qoruyub”.
Azvision.az
Teqlər: Parlament