Vergi xidmətləri ekspertlərinin iclası olub
Vergi Xidmətinin baş idarə rəisi Zaur Fətizadənin idarə etdiyi toplantıda 2019-2020-ci illər üçün Koordinasiya Şurasının iş planının icrasının nəticələri, 2016-2020-ci illərdə MDB-nin iqtisadi inkişaf strategiyasının üçüncü mərhələsi çərçivəsində vergi orqanları üzrə görülən işlər, MDB ölkələrində birgə vergi nəzarət tədbirlərinin aparılması təcrübəsi və imkanları, vergi qanunvericiliklərində baş vermiş dəyişikliklər, sosial sığorta haqlarının inzibatçılığı təcrübəsi, üzv dövlətlərdə bir neçə ölkənin vətəndaşlığı və vergi rezidentliyi olan fiziki şəxslərin gəlirlərinin ikiqat vergiyə cəlb edilməsi, məhkəmə və məhkəməyə qədərki şikayətlərə baxılma təcrübəsi, rəqəmsal aktivlərin dövriyyəsinin vergitutma mexanizmləri və praktikasının öyrənilməsi, tənzimləmə metodlarının və metodologiyanın inkişafı, qabaqcıl dünya təcrübəsinin inteqrasiyası üçün tövsiyələrin hazırlanması, üzv dövlətlərdə vergi müəyyənliyinin artırılması və sair barədə fikir mübadiləsi aparılıb.
Ekspertlərin müzakirələri dekabrın 23-də MDB-yə üzv dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının XXVII iclasına hazırlıq məqsədi daşıyır. Tədbir iki gün davam edəcək.
Azvision.az