Prezidentlərin görüşündə nə müzakirə edilib? - Deputat

Prezidentlərin görüşündə nə müzakirə edilib? - Deputat
  12 Fevral 2014    Oxunub:991
Georgi Marqvelaşvilinin ölkəmizə səfəri zamanı Gürcüstanda yaşayan soydaşlarımızla bağlı məsələlər müzakirə edilib.
AzVision.az xəbər verir ki, bu sözləri millət vəkili, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, prezident İlham Əliyevin və ölkəmizə ilk dəfə rəsmi səfərə gələn Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub:

“Görüşdə 2 dost strateji müttəfiq ölkə olan Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə əməkdaşlığın daha da yüksəldilməsi istiqamətində önəmli müzakirələr və fikir mübadiləsi aparıldı və açıqlamalar verildi. Görüşdə Azərbaycan Prezidenti cənab İlham Əliyev Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qrupları və hər iki ölkənin beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətləri arasında əməkdaşlığı bundan sonra da daha da genişləndirilməsi ilə bağlı fikir və tövsiyyələrini səsləndirdi. Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin Azərbaycana ilk dəfə rəsmi səfəri, aparılan müzakirələr Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə əməkdaşlığın bundan sonra daha da genişlənəcəyini deməyə əsas verir. Prezident cənab İlham Əliyev və Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycanın və Gürcüstanın bundan sonra da ərazi bütövlüyünün dəstəklənməsi istiqamətində bütün beynəlxalq təşkilatlarda bu günə qədər olduğu kimi, bundan sonra da bir-birinə sıx dəstək verəcəklərini vurğuladılar. Görüşdə Gürcüstanda yaşayan soydaşlarımız və Azərbaycanda yaşayan gürcülərlə bağlı da əhəmiyyətli müzakirələr oldu”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti