AMB-in mənfəətindən büdcəyə 250 milyon manat daxil olacaq

AMB-in mənfəətindən büdcəyə 250 milyon manat daxil olacaq
  21 Dekabr 2020    Oxunub:1642
Azərbaycan Mərkəzi Bankının (AMB) mənfəətindən gələn ilin dövlət büdcəsinə 250 milyon manat vəsaitin daxil olması nəzərdə tutulur.
Azvision.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd olunub.

Bildirilib ki, həmçinin Mərkəzi Bankın 2017-ci ilin maliyyə nəticələrinə görə əldə etdiyi mənfəətin sərbəst qalığının dövlət büdcəsinə ödənilməmiş hissəsindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna uyğun olaraq 2020-ci ildə "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu"na köçürülmüş 1 milyard manat məbləğində vəsaitin 880 milyon manatının 2021-ci il dövlət büdcəsinə transfert edilərək büdcənin gəlirlərinə aid olunması nəzərdə tutulur.

Azvision.az


Teqlər: Mərkəzi-bank   Mənfəət  





Xəbər lenti