Netanyahu: "İsraildə ilk peyvəndi mən vurduracağam"

  Netanyahu:  "İsraildə ilk peyvəndi mən vurduracağam"
  17 Dekabr 2020    Oxunub:1525
“Şənbə günü axşam koronavirus əleyhinə peyvənd olunacağam”.
Azvision.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Twitter”də yazıb.

Netanyahu ilk peyvənd vurduran şəxsin Baş nazir olmasının xalqa nümunə göstərmək anlamına gələcəyini bildirib.

"Yəni hər kəsi inandırmaq lazımdır ki, peyvəndlənmək vacibdir", - deyə İsrailin Baş naziri vurğulayıb.

Qeyd edək ki, Amerika şirkətinin istehsalı olan Pfizer vaksinlərinin ilk partiyası dekabrın 9-da Təl-Əviv yaxınlığında yerləşən Ben Qurion hava limanına gətirilib. İsraildə koronavirusa 363 mindən çox şəxs yoluxub ki, onlardan 340 mindən çoxu sağalıb, 3,030 nəfər isə dünyasını dəyişib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Peyvənd   Netanyahu   İsrail  





Xəbər lenti